“Formula-1” yarışları üzrə hazırkı dünya çempionu, “Mersedes”in sürücüsü Lyuis Hemilton Böyük Britaniyanın ən varlı idmançıları siyahısında əvvəlki kimi liderliyini qoruyur.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, 30 yaşlı idmançı keçən il 68 milyon funt-sterlinq vəsaitlə bu siyahıya başçılıq edirdi. 2015-ci ildə isə o varidatını daha 20 milyon funt-sterlinq artırmağa nail olub.
Reytinqin ikinci pilləsində “Maklaren”in sürücüsü Censon Battonu qabaqlamağı bacaran “Mançester Yunayted” futbol klubunun hücumçusu Ueyn Runi yer alır.
Britaniyanın ən varlı idmançısı
217