Ukraynada qismən hərbi səfərbərlik elan edilməsi nəticəsində Xarkovun “Metalist” klubunun braziliyalı oyunçusu Edmar Halovski də əsgərliyə çağırılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, iki il əvvəl Ukraynanın milli komandasının heyətində oynamaq üçün həmin ölkənin vətəndaşlığına qəbul edib və milli komandanın heyətində 11 oyunda meydana çıxıb.
Ukraynada daxili müharibənin başlaması səbəbində müharibə zonasındakı şəhərləri təmsil edən komandaların 8 futbolçusu ölkədən qaçıb. Bunlar arasında “Şaxtyor”un 6 futbolçusu, Xarkov "Metallist"inin argentinalı oyunçusu Sebastian Blanko, eləcə də Edmar Halovski var. Həmin futbolçulardan məhz Edmar Halovski həm də Ukrayna vətəndaşı olduğundan axtarışa verilib.