Qara magiya ilə məşğul olan braziliyalı cadugər Xelio Sillman dünya çempionatında Almaniyaya qarşı yarımfinalı oyununda Braziliya yığmasına kömək edəcəyini bəyan edib. Apasport.az saytının məlumatına görə, Sillman xüsusi oyuncaq hazırlayıb və onun köməyi ilə Almaniya millisini və aparıcı oyunçuları “lənətləməyə” hazırlaşır.
Cadugər Almaniya millisinin ən yaxşı oyunçusunu seçəcəyini bildirib: “Onun ayaqlarını elə bağlayacağam ki, oynaya bilməsin”. Sillman bir oyunçunu seçəcəyini, onun əksi olan oyuncağı qutuya yerləşdirəcəyini, bundan sonra şam yandıraraq lənət oxuyacağını vurğulayıb.
Cadugər Kosta-Rika ilə 1/4 final oyunu öncəsi də eyni ayini icra edib. Braziliya yığması növbəti mərhələyə keçsə də, millinin lideri Neymar sıradan çıxıb.