Braziliyadan uçan İspaniya millisinin təyyarəsini ildırım vurub
25 iyun 2014 02:19 (UTC +04:00)

Braziliyadan uçan İspaniya millisinin təyyarəsini ildırım vurub

0

Braziliyadan Madridə, geri uçan futbol üzrə İspaniya yığmasının olduğu təyyarəni ildırım vurub.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.

 

Mənbə bildirib ki, olay Madridə az qalanda baş verib. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb.

 

Madriddə hava limanında İspaniya komandasını 200-dək tərəfdar və jurnalist qarşılayıb. Oyunçular mətbuat təmsilçiləri və fanatları ilə ünsiyyət qurmaq istəməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1556

Oxşar yazılar