Braziliya yığmasının yeni baş məşqçisi kim olacaq?
20 iyul 2014 10:50 (UTC +04:00)

Braziliya yığmasının yeni baş məşqçisi kim olacaq?

Braziliya Futbol Konfederasiyasının prezidenti Xose Mariya Marin “selsao”nun yeni baş məşqçisini iyulun 22-də təqdim edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında açıqlama verilib.

 

Braziliya yığmasının baş məşqçisi postuna əsas namizəd Karlos Dunqadır. Amma bu məlumat hələlik rəsmən təsdiq edilməyib.

 

Dunya Braziliya yığması ilə 2006-2010-cu illərdə işləyib. O, bu müddət ərzində komanda ilə 2007-ci ildə Amerika Kubokunu, 2009-cu ildə isə Konfederasiya kubokunu qazanıb.

 

Xatırladaq ki, dünya çempionatı zamanı Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari olub. Braziliya millisi yarımfinalda Almaniyaya 7:1, üçüncülük uğrunda matçda isə Hollandiyaya 3:0 hesabı ilə məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865

Oxşar yazılar