Braziliya darmadağınla başladı
16 iyun 2013 02:29 (UTC +04:00)

Braziliya darmadağınla başladı

Braziliyada keçirilən Konfederasiyalar Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə baş tutan yarışda 8 komanda mübarizə aparır. 

Açılış matçında yalnız A qrupun 1 oyunu keçirilib. Burada Braziliya yığması Yaponiya millisi ilə qarşılaşıb. Oyuna daha yaxşı başlayan meydan sahibləri “Barselona”nın yeni transferi Neymarla hesabı açıb. Fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan Asiya təmsilçisi ikinci yarıda növbəti dəfə mərkəzdən başlayıb. Paulino fərqlənib. Yaponiyalı futbolçular matçın sonlarına qədər qapılarından burxdıqları bu qollardan birinin əvəzini çıxmağa çalışıblar. Lakin istəklərinə nail ola bilməyiblər və əvəzində “sambaçılar” 3-cü topu Yaponiya yığmasının qapısından keçirib.

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Braziliya Konfederasiyalar Kubokuna darmadağınla başlayıb.

Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib. 


Konfederasiyalar Kuboku
15 iyun
A qrupu

Braziliya – Yaponiya - 3:0
QOLLAR: Neymar, 3, Paulino, 48, Jo, 90+3

Braziliya: Julio Sezar, Dani Alves, Tiaqo Silva, David Luis, Marselo, Fred, Neymar, Oskar, Luis Qustavo, Paulino, Halk

Yaponiya: Kavasima, Honda, Naqatomo, Uçida, Endo, Kiyotake, Okadzaki, Kaqava, Atdır, Xasebe, Yosida
 

# 1080
avatar

Oxşar yazılar