Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç karyerasını Türkiyədə davam etdirəcək. Lent.az-ın məlumatına görə, 31 yaşlı hücumçu qardaş ölkənin I liqasında yarışan “Orduspor”a keçib.
Klubun rəsmi saytı Subaşiçlə 2 illik müqavilənin bağlandığını bəyan edib.
Qeyd edək ki, Branimir Subaşiç Serbiyanın paytaxtı Belqradda doğulsa da, 2007-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib. O, yığmamızda 40 oyuna 7 qol vurub. Subaşiç ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”ın formasını geyinib.