Böyükağa Hacıyev: ... “Neftçi”yə baş məşqçi gəlir"
Avropa Liqasının III təsnifat mərhələsində “Çixura”ya qalib gələ bilməyən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, Hacıyev rəqib komandanı qapalı oyun oynamaqda ittiham edib: Bilirsiniz ki, mən açıq futbol oynayan komandaları alqışlayıram. Amma bu, Gürcüstan komandasının seçdiyi taktikadır. Onlar elə bu taktika ilə “Bursasporu” mübarizədən kənarlaşdırıblar. Evdə isə bir qol vurmaq üçün məcbur olub açıq futbol oynayacaqlar. Bizə də bu lazımdır. Hər halda bir həftə gözləməli olacağıq. Onların onların daşını daş üstə qoymayacağımızı demirəm. Amma yaxşı oyun göstərib qələbə qazanmağa çalışacağıq”.
Hacıyev bugünkü taktika barədə suala da cavab verib: “Biz bu gün 3 müdafiəçi ilə oynayırdıq. Bertuççi bir az irəlidə oynayırdı. Onun sürətindən istifadə etməyə çalışırdıq. Kimsə mənə deyir ki, filan dəyişikliyi niyə etdiniz? Dəyişikliyin iki təsiri ola bilər - yaxşı və ya pis. Bertuççi komandaya xeyir verdi. Rəqib ikixətli müdafiə qurmuşdu. Ona görə Bertuççini dəyişmədim ki, onun uzaq zərbələrindən nəsə gözləyirdim. Məsələn Vobay bir zərbə vurdu, əla alındı, amma qol olmadı. Belə komandalara qarşı uzaqdan zərbələr daha keyfiyyətli olur. Gürcüstanda kim 1 qol vuracaqsa qələbə qazancaq”.
”Neftçi”nin legionerləri barədə danışan mütəxəssis o qədər dərazı qalmadığını deyib: “Vobay “Koper”lə səfər oyununda yaxşı oynadı. Bu gün Nforun oyununda biz də narazı qaldıq. Biz hücumdakı çatışmazlığı aradan qaldırmaq üçün çalışırıq. Bir futbolçu ilə danışırıq və yaxın günlərdə hər şey bəlli olacaq. Kaue universal futbolçudur. Hər mövqedə oynayır. İndi universal futbolçular azdır. Daha bir hücumçumuz Platye icarədədir. O da yaxın günlərdə qayıdacaq. Bu problemləri aradan qaldırmağa çalışacağıq. Nfor əvvəl daha yaxşı oynayırdı. İndi isə oyuna girə bilmir. Ondan narazıyam. Bu barədə düşünəcəyik. Əgər rəqib müdafiə futbolu oynayırsa, fərdi keyfiyyətlər öz sözünü deyir. Araz da, Flavinyo da, Vobay da texnikalarından istifadə etməyə çalışırdılar. Amma rəqib çox gözəl qapanırdı. Ola bilər ki, səfərdə Ruslan Qurbanov oynasın və Nfor ehtiyatda qalsın”.
Hacıyev “Çixura” barədə “Bursaspor”un baş məşqçisi Şenol Günəşlə danışmadığını da qeyd edib: “Ondan məsləhət almamışam. Sadəcə oyunlara baxıb, “Çixura”nın müdafiə futbol oynadığını bilirdik. Vallah mən Şenol Günəşi görməmişəm. Sizə inansaq, bəlkə “Neftçi”yə baş məşqçi gəlir. Sadəcə “Çixura” – “Bursaspor” oyununa baxanda gördüm ki, penaltilər seriyasında Şenol Günəş qaralmışdı. Yəqin ki, səfər oyununda da belə olacaq. Mənə lazımdır ki, onlar bir az cərimə meydançalarından çıxsınlar. Orada başqa taktika ilə oynayacağıq. Bu gün biz 3-6-1 taktikası ilə oynayırdıq. Vobay özündə çox top saxladı. Flavinyo daha çox geriyə çəkilirdi. Bəzi dəyişikliklər olacaq. Səfər oyununda müdafiəçilərin hücuma qoşulmasından istifadə edəcəyik. Taktika bir az çətin məsələdir. Hər dəfə taktika dəyişmək olmur. Ümumiyyətlə, mən sistemi tez-tez dəyişirəm. Taktika elə bir şeydir ki, onu komandaya bir dəfə öyrətmək uzun çəkir. Kim deyirsə ki, taktika dəyişirəm, səhv edir. Həyatda insanlar var ki, bir gün üçün sevinir. Bir az gələcəyə inamla baxmaq lazımdır. Hər şeyə bir həftənin tamamında aydınlıq gələcək. “Koper” də “Çixura” ilə eyni futbolu oynayırdı. Sloveniyalılar daha intizamlı oynayırdı və hücuma çıxırdı. Evdə oyun oynamaq daha çətindir. Gürcüstan da Qafqazın bir hissəsidir. Onlarda da bir az istiqanlılıq var”.
Hacıyev növbəti mərhələyə çıxmaq şanslarını yüksək dəyərləndirib və avrokubokların evdə keçirilən dalbadal 8 oyununda qələbə qazana bilməmələri barədə suala cavab verib: “Mən həyatda həmişə özümə inanan insanam. Bizim şansımız 170 faizdir. Çalışacağıq ki uğur qazanacaq. Evdə keçirəcəyimiz 9-cu oyunda qələbə qazanmağa çalışacağıq”.
2306