Boksçumuz 10 saniyəyə işi bitirdi
09 sentyabr 2014 15:04 (UTC +04:00)

Boksçumuz 10 saniyəyə işi bitirdi

Türkiyənin İstanbul şəhərində Əhməd Comərdin xatirəsinə həsr olunmuş ənənəvi boks turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, qarışın ilk günündə rinqə çıxan boksçularımızdan yalnız Məhsəti Həmzəyeva (57 kq) inamlı qələbə qazanıb.

 

Millimizin üzvü Türkiyə idmançısı Aybukə Kırcaslanı cəmi 10 saniyəyə nokauta salıb.

 

Ancaq Əzizə Abbasova (48 kq), Nisə Mehdiyeva (54 kq) və Leyla Həsənova (75 kq) komanda yoldaşının uğurunu davam etdirə bilməyiblər. Həsənova və Abbasova İsveç, Mehdiyeva isə Bolqarıstan təmsilçisinə məğlub olub.

 

Kişilərin yarışında ölkəmizi təmsil edən “Gilan” klubunun üzvlərindən Pərviz Hüseynov (69 kq) Türkiyə boksçusu İsgəndər Can Varlığa, Eldar Quliyev (75 kq) isə Hollandiya nümayəndəsi Dan Veledesə uduzub.

 

Bu gün qadın boksçularımızdan Anaxanım Ağayeva (51 kq) Aleksandra Kuleşovayla (Rusiya), Məhsəti Həmzəyeva (57 kq) Batı Burcuyla (Türkiyə), Məryəm Cəbrayılova (64 kq) Kamilla Elganla (Norveç), Leyla Cavadova (75 kq) isə Nouçka Fontunla (Hollandiya) üz-üzə gələcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354
avatar

Oxşar yazılar