Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir.
Lent.az xəbər verir ki, 64 kq çəki dərəcəsində mübarizə aparan millimizin yığması Lorenzo Sotomayor kanadalı Artur Biyarslanovu məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin növbəti rəqibi əlcazairli Abdelkader Çader olacaq.
49 kq çəkidə mübarizə aparan Rüfət Hüseynov birinci döyüşündə mərakeşli İmad Ahyouna hər üç raundda qalib gələrək mərhələ adlayıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.