Aprelin 10-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı ilə Pakistan Milli Olimpiya Komitəsi (MOK) quruma üzvlükdən kənarlaşdırılıb.
Lent.az-ın “İTAR-TASS”a istinadən məlumatına görə, buna səbəb MOK-un işinə Pakistan hakimiyyətinin müdaxilə etməsi göstərilib.
BOK-un İcraiyyə Komitəsi Türkiyənin Bələk şəhərində keçiridiyi toplantısında bu qərarı qəbul edib. Cəza qurumun iyulda Lozannada keçiriləcək yığıncağında rəsmi olaraq, qüvvəyə minəcək.
Məlumata əsasən, ötən ilin oktyabrında BOK bildirmişdi ki, Pakistan hakimiyyəti MOK-un rəhbər seçkisinə müdaxilə edib. Hakimiyyət məsələyə milli idman prinsiplərini rəhbərə tutaraq, yenidən baxacaqlarını boyun olub.
“İndiyədək Pakistan hakimiyyət vədinə əməl etməyib”- deyə, BOK bildirib.