Ukraynanın “Dinamo” (Kiyev) futbol komandasının baş məşqçisi Oleq Bloxin istefaya göndərilib. Lent.az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssis ölkə çempionatının XIX turunda “Şaxtyor”a 0:2 hesablı məğlubiyyətlə başa çatan matçdan sonra açıqlama verib.
O deyib: “Mənim iki kəlmə sözü var. İstefaya gedirəm. Bunu indi mənə dedilər. Bu qədər. Çox sağ olun! Qalan bütün sualları klub prezidentinə ünvanlayın”.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Dinamo”nun ardıcıl ikinci il Çempionlar Liqasına vəsiqə qazanması təhlükə altına düşüb. Hazırda 43 xala malik Kiyev komandası ikinci pillədəki ilk 2 pillədəki “Şaxtyor” və “Dnepr”dən 7 xal geri qalır. Bloxin “Dinamo”ya 2012-ci ilin sentyabrından rəhbərlik edirdi.