Blatter vəzifəsindən kənarlaşdırıldı
07 oktyabr 2015 22:29 (UTC +04:00)

Blatter vəzifəsindən kənarlaşdırıldı

0

FİFA prezidenti Yozef Blatter korrupsiya qalmaqalı ilə əlaqədar 90 gün vəzifəsindən kənarlaşdırılıb.

 

APA-nın məlumatına görə, bu barədə “Guardian” qəzeti xəbər yayıb.

 

“Prezident Blatter 90 gün vəzifəsinin icrasından kənarlaşdırıldı. Hələ ki, bildiyimiz yalnız budur”, deyə Blatterin müşaviri Klaus Ştelker bildirib.

 

BBC-nın məlumatına əsasən, Blatterin vəzifəsindən kənarlaşdırılmasına dair son qərarı FİFA-nın Etika Komitəsinin arbitraj palatasının başçısı Hans-Yoaxim Ekkert sentybrın 8-də qəbul etməlidir. 

 

Qeyd edək ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Y.Blatterə qarşı cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar