Berti Foqtsun qənimi - <b>Xorvatiya</b>
17 oktyabr 2014 12:12 (UTC +04:00)

Berti Foqtsun qənimi - Xorvatiya

Xorvatiya millisi almaniyalı baş məşqçi Berti Foqtsun qənimidir. Apasport.az saytının məlumatına görə, balkanlılar ikinci dəfə almaniyalı mütəxəssisin işsiz qalmasının səbəbkarı olur.

1996-cı ildə Almaniyanı Avropa çempionu edən Foqts 1990-98-ci illərdə çalışdırdığı yığmadan məhz Xorvatiya üzündən ayrılmışdı. DÇ-1994 və DÇ-1998-də 1/4 finalda dayanan Bundestim 16 il əvvəl xorvat silləsi “yemişdi”. Fransadakı mundialda balkanlılar 3:0 hesabı ilə qalib gəlmişdi. Darmadağından sonra postundan getmək istəməyən Foqts iki yoxlama oyununda da postunda qalsa da, mundialdakı uğursuzluq üzündən millidən qovulmuşdu.

Fransadakı DÇ-də yaşanan hal Fransadakı AVRO-2016-nın seçmə mərhələsində də təkrarlanıb. Bu dəfə Xorvatiya Azərbaycan millisini 6:0 hesabı ilə məğlub edib. Belə ağır məğlubiyyət də onun qovulması ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar