Berti Foqts ABŞ millisində
31 mart 2014 11:46 (UTC +04:00)

Berti Foqts ABŞ millisində

ABŞ Futbol Federasiyası AFFA-ya müraciət edərək, bu il Braziliyada keçiriləcək dünya çempionatında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın xüsusi məsləhətçisi təyin olunmasına razılıq verilməsini xahiş edib. Lent.az-ın məlumatına görə, dünya çempionatının təşkil olunacağı müddətdə Azərbaycan milli komandasının oyunlarının və təlim-məşq toplanışlarının keçirilməyəcəyini nəzərə alan AFFA müraciəti müsbət cavablandırıb.

 

Qeyd edək ki, ABŞ milli komandası Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482

Oxşar yazılar