Berti Foqts “Qarabağ”a “Tvente”ni keçməyin yolunu göstərdi
17 avqust 2014 10:26 (UTC +04:00)

Berti Foqts “Qarabağ”a “Tvente”ni keçməyin yolunu göstərdi

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts klublarımızın Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri oyunlarla bağlı mövqeyini açıqlayıb. Almaniyalı mütəxəssis apasport.az saytının əməkdaşı ilə söhbətində bildirib ki, həm “Qarabağ”, həm də “Neftçi”ni qarşıda 2 çətin görüş gözləyir.

“Qarabağ” “Tvente” ilə qarşılaşacaq. Əgər təmsilçimiz “Zalsburq”a qarşı Bakıda göstərdiyi oyunu nümayiş etdirə bilsə, o zaman mərhələ keçmək şansı çox olacaq. İnanıram ki, “Qarabağ” mərhələ adlayacaq. “Partizan”la üz-üzə gələcək “Neftçi”nin də şansı az deyil” – deyə, Foqts bildirib.

Hər iki komandamızın qrupda oynaya biləcəyini deyən Foqts, “Qarabağ”ın “Tvente” ilə görüşünü izləyəcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1788
avatar

Oxşar yazılar