Berti Foqts: "70 dəqiqədən sonra güc qalmadı"
10 sentyabr 2014 00:16 (UTC +04:00)

Berti Foqts: "70 dəqiqədən sonra güc qalmadı"

0
“İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı. Hesabı bərabərlışdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik”. Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
 
 
Millimiz az öncə 2016-cı il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirdi. Doğma meydanda Bolqarıstana 1:2 hesabı ilə uduzan komandamızın almaniyalı çalışdırıcısı qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
 
- Eksperimentlərinizin nəticəsi bu idi?
- Müdafiədə çətinliklər vardı. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçu yox idi.
 
 
- 70 dəqiqədən sonra oynaya bilməməyimizin səbəbi nədi?
- 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm.
 
 
- Azərbaycan yığması bu oyunla hara gedir? Təkcə Maltanı udmaqla, AÇ-yə çıxacağıq?
- Sözsüz ki, bu oyundan sonra işimiz çətinləşdi. Mən qələbə düşünmüşdüm. Amma belə olmadı.
 
 
- Hesab 1:1 olanda siz oyuna müdafiəçi salırsınız, rəqib isə hücümçü...
- Biz qrupdan çıxmağa oynayırıqsa, evdə heç-heçəni qorumalıyıq. Qolu vurandan sonra oyunçularımın yorulduqlarını gördüm, ona görə müdafiəçi buraxdım.
 
 
- Son görüşlərdən sonra millini gələcəyinə dair ümidləriniz var?
- Mən əlimdə olan futbolçulardan istifadə edirəm. 4 braziliyalı futbolçudan yararlana bilmərəm. İşimiz çoxdur. Mən gənclərə inanıram.
 
 
- Rüfət Dadaşovu 90 dəqiqə oynatdınız. Onu hansı keyfiyyətlərinə görə yığmaya çağırırsınız?
Foqts bu suala almanca cavab verərək, əsəbi şəkildə konfrans zalını tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1351

Oxşar yazılar