Berluskoni “Milan”a EtoO-nu almağı qadağan etdi
"Milan” futbol klubunun prezidenti Silvio Berluskoni komanda rəhbərliyinə kamerunlu hücumçu Samuel EtoO ilə müqavilə imzalamağa icazə verməyib
Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, 33 yaşlı hücumçu 1 illik müqavilənin şərtləri ilə bağlı razılığa gəlsə də, Berluskoni son anda işə qarışaraq EtoO ilə müqaviləni qadağan edib.
Qeyd edək ki, hazırda ötən mövsüm “Çelsi”nin şərəfini qoruyan EtoO-nun “Everton”la danışıqlar apardığı vurğulanır.
880