Fransalı futbolçular Kərim Benzema və Frank Riberi iyunun 18-də məhkəmə qarşısında duracaqlar. Lent.az-ın məlumatına görə, onlar yetkinlik yaşına çatmayan fahişə ilə seksual münasibətlərdə ittiham olunurlar.
Almaniya “Bavariya”sının oyunçusu Riberi faktı etiraf edib. O deyib ki, fahişə Zahiya Daharın cəmi 16 yaşının olduğunu bilməyib. İspaniya “Real Madrid”inin hücumçusu Benzema bütün ittihamları rədd edib. Hazırda 21 yaşında olan Dahar isə yaşı barədə futbolçulara yalan danışıb.
Fransa qanunlarına əsasən, 18 yaşınadək şəxslə pulla seks yetkinlik yaşına çatmayanla cinsi əlaqə sayılır. Bu hərəkətin cəzası 3 il həbs və 45 min avro cərimədir. 2010-cu il dünya çempionatı öncəsi üzə çıxan işlə bağlı daha 6 nəfərin adı keçir. Onlardan bəzilərinə sutenyorluq ittihamı irəli sürülüb.