Benzema Liverpula “yox” dedi
28 iyul 2014 16:11 (UTC +04:00)

Benzema Liverpula “yox” dedi

İspaniyanın Real (Madrid) klubunun əsas qol silahlarından olan fransız Kərim Benzemaya İngiltərə  Liverpul komandasından təklif gəlib. Lent.az-ın futbolpress.az saytına istinadən verdiyi məlumata görə, Liverpulun hücumçusu Luis Suarez Barselonaya transfer olunmasından sonra, qolçu axtarışına çıxan “Mersisaydlılar" Kerim Benzemanı öz heyətlərinə qatmaq istəyiblər.

 

Fransız oyunçuya görə Real Madridə 40 milyon avro  təklif etsələr də, Kərim təklifə rədd cavabı verib.

 

Qeyd edək ki, ötən mövsüm Benzema kral klubunun heyətində 16 qol, 9 qol pası ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100

Oxşar yazılar