Futbol üzrə İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem Şotlandiya viskisi istehsalına başlayıb. Lent.az-ın məlumatına görə, “Mançester Yunayted” və İspaniya “Real Madrid”inin sabiq futbolçusu iş tərəfdaşı Saymon Fullerlə birgə “Haig Club” markasının yaradılmasına vəsait qoyub.
Yeni içki bu il satışa çıxarılacaq. Bir şüşə viskinin qiyməti isə 65 dollar təşkil edəcək. Satış strategiyası ilə alkoqol satışı üzrə məşhur “Diageo” şirkəti məşğul olacaq. Markanın istehsalı isə Şotlandiyanın qədim “House of Haig” zavodunda aparılacaq.