Bekhem oyuna polislərin müşayiəti ilə gəldi
01 iyun 2013 12:37 (UTC +04:00)

Bekhem oyuna polislərin müşayiəti ilə gəldi

0

Bu yaxınlarda futbolçu karyerasını başa vurmuş Devid Bekhem ABŞ Milli Basketbol Assosiasiyasında “İndiana Peysers” və “Mayami Hört” komandaları arasındakı final matçına özünü çatdırmaq üçün qeyri-adi üsula əl atıb. Lent.az-ın məlumatına görə, 38 yaşlı ulduz xüsusi təyyarəsi ilə gəldiyi Mayami hava limanından arenaya 2 polis motosikletinin müşayiəti ilə yollanıb.

 

O, oyundan sonra da ABŞ-da qalaraq, Los-Ancelesdə restoran açacaq. Bekhem məhz bu şəhəri təmsil edən “Los Anceles Qelaksi” klubunda 5 il forma geyinib. İndi sabiq yarımmüdafiəçi ABŞ Futbol Liqasının siması olacaq.

 

Qeyd edək ki, Devid Bekhemin ABŞ-da yaşamağa qərar verməsində moda sektorunda xüsusi çəkiyə malik həyat yoldaşı Viktoriya Bekhemin xüsusi rolunun olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1184

Oxşar yazılar