Baş məşqçi Azərbaycanı fantastik ölkə adlandırdı
02 may 2013 19:06 (UTC +04:00)

Baş məşqçi Azərbaycanı fantastik ölkə adlandırdı

İspaniyanın “Atletiko” futbol klubunun heyəti Bakı səfərindən  razı qalıb. Lent.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Dieqo Simeone “Deportivo” ilə İspaniya çempionatında keçirəcəkləri növbəti tur matçı öncəsi açıqlama verib.

 

Argentinalı mütəxəssis bildirib ki, ötən tur “Real Madrid”ə 1:2 hesablı məğlubiyyətdən sonra Azərbaycan paytaxtında keçirdikləri iki gün komandanın əhval-ruhiyyəsinə müsbət təsir göstərib: “Biz fövqəladə sürətlə inkişaf edən fantastik ölkədə olduq. Bu səfər bizə ünsiyyətdə olmaq və bəzi futbolçularımızı sınaqdan keçirərək, heyətdə rəqabət yaratmaqda kömək etdi”.

 

“Atletiko”nun rəsmi saytı isə Bakı səfəri ilə bağlı videoxronika yayıb.

 

Qeyd edək ki, “Atletiko” klubu Bakının görməli yerləri ilə tanışlıqdan sonra eyniadlı komanda ilə yoldaşlıq görüşü keçirib. Oyun Madrid təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. “Deportivo” ilə görüş mayın 4-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1684

Oxşar yazılar

Ulduz futbolçu "Fənərbağça"dan gedir

Ulduz futbolçu "Fənərbağça"dan gedir

22 may 2025 , 19:46
“Mançester Yunayted”də dörd futbolçu  qalacaq

“Mançester Yunayted”də dörd futbolçu qalacaq

22 may 2025 , 18:56
Ançelottinin oğlu  da baş məşqçi olur

Ançelottinin oğlu da baş məşqçi olur

22 may 2025 , 15:42
Keçmiş hücumçu narkotik qaçaqmalçılığında  günahını etiraf etdi

Keçmiş hücumçu narkotik qaçaqmalçılığında günahını etiraf etdi

22 may 2025 , 12:54
Azərbaycana transfer olmaq üçün 1 milyon verdi

Azərbaycana transfer olmaq üçün 1 milyon verdi

22 may 2025 , 10:14
"Mançester Yunayted" tarixi antirekordunu   təkrarladı

"Mançester Yunayted" tarixi antirekordunu təkrarladı

22 may 2025 , 07:24
“Tottenhem” UEFA Avropa Liqasının qalibi oldu

“Tottenhem” UEFA Avropa Liqasının qalibi oldu

22 may 2025 , 01:03
Millimiz Bəhreynlə bacarmadı

Millimiz Bəhreynlə bacarmadı

21 may 2025 , 22:00