Bakıda “V1 Challenge Azerbaijan” yarışının qalibi məlub olub
11 oktyabr 2014 22:06 (UTC +04:00)

Bakıda “V1 Challenge Azerbaijan” yarışının qalibi məlub olub

Bu gün Bakı Kristal Zalında ilk dəfə Azərbaycanda  “V1 Challenge Azerbaijan” yarışına yekun vurulub. APA-nın məlumatına görə, Fransa pilotu Anton Huber finalda alman pilotu Harald Mülleri məğlub edərək qalib olub.
 
 
Azərbaycan pilotu Adil Axundov isə yarımfinala qədər yüksəlsə də, yarımfinalda Alman pilotu və Livan pilotuna məğlub olaraq yer tuta bilməyib.
 
 
Beləliklə, birinci yeri Fransa pilotu Anton Huber, ikinci yeri Alman pilotu Harald Müller, üçüncü yeri isə Livanm pilotu Abdo Feqali tutub.  
 
 
Hər üç yerin qalibi sonda mükafatlandırılıb.
 

 

**** 22.06

 

Bu gün Bakı Kristal Zalında ilk dəfə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “V1 Challenge Azerbaijan” yarışı keçirilir. Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, təqdimat şousunda 12 ölkəni təmsil edən 14 peşəkar pilot  çıxış edib. Təqdimat şousu ilə əlaqədar avqustun 25-dən təlimlər təşkil olunub. Yarışda iştirak edən pilot və hakimlərə bu təlimlərdə nəzəri-praktik məşqlər keçirilib.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat şousunda olublar.

 

Yarışın açılışında çıxış edən federasiyanın prezidenti Anar Ələkbərov bildirib ki, son zamanlar Azərbaycan bir birindən maraqlı və əhəmiyyətli tədbirlərə, beynəlxalq konfranslara, forumlara, sərgilərə və idman yarışlara ev sahibliyi edir: “Fərəhləndirici haldır ki, bu gün Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi təcrübə və nailiyyətlər, bir çox istiqamətlərdə həyata keçirdiyi layihələr beynəlxalq qurumlar tərəfindən örnək kimi qəbul edilir. Ölkəmizin coğrafi mövqeyi və tarixi, xalqımızın mədəniyyətlər və sivilizasiyalar arası dialoqa verdiyi önəm Azərbaycanı yüksək tolerantlıq ənənələrinə mövcud olduğu məkan kimi tanıdıb. Dövlət siyasətinin nəticəsi olaraq bu gün biz Azərbaycanı dünya birliyində idman ölkəsi kimi də təqdim edə bilərik. Son 10 ildə Azərbaycanda 40-dan çox olimpiya mərkəzi istifadəyə verilib, gənc idmançılarımız qarşısında yeni perspektivlər və imkanlar açılıb. Bu gün isə paytaxtımız 2015-ci ildə idman tarixində ilk dəfə keçiriləcək 1-ci Avropa Oyunlarına hazırlaşır. Ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə, təşkilat komitəsinin səyləri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yüksək templə görülən hazırlıq işlərinə birbaşa nəzarət etməsi deməyə əsas verir ki, Azərbaycan 1-ci Avropa Oyunlarını layiqincə keçirəcək”.

Onun sözlərinə görə, idmanın təbliği, idman infrastrukturunun yaradılması və yenilənməsi, əhalinin maarifləndirilməsi kimi mühüm sahələri əhatə edən dövlət siyasəti ayrı-ayrı qurumları, o cümlədən Azərbaycan Avtomobil Federasiyasını bu sahələrdə daha aktiv fəaliyyətə sövq edir. A. Ələkbərov qeyd edib ki, “V1 Challenge Azerbaijan" yarışmasında 12 ölkədən, o cümlədən Almaniya, Belçika, Bolqarıstan, Fransa, Xorvatiya, İtaliya, Livan, Moldova, Portuqaliya, Türkiyə və Türkmənistandan peşəkar pilotlar yarışacaqlar: “Azərbaycan Avtomobil Federasiyası avtomobil idmanı, yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti iştirakçılarının hüquqlarının müdafiəsi, avtomobil sənayesi və nəqliyyat infrastrukturu, avtomobil yarışları üzrə mütəxəssislərin, peşəkar pilotların hazırlanması sahəsində yeni layihələrin həyata keçirilməsinə başlayıb. Bizim əsas məqsədimiz ölkə ərazisində yol hərəkət təhlükəsizliyi və mədəniyyətinin təbliğ olunmasına, vətəndaşların, xüsusilə də yaşlı və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirilməsinə, nəqliyyat vasitələrinin istismarı sahəsində ətraf mühitin mühafizəsinə yönəlmiş layihələr reallaşdırmaqdır. Siması gündən-günə dəyişən Bakıda aparılan quruculuq işləri, salınan yeni yollar və körpülər idman yarışları həvəskarlarına avtomobil yarılarını paytaxtımızda canlı izləmək şansını da verir”.

Sonra “Volkicar” avtomobillərinin yarışına start verilib. Azərbaycanı yarışda kartinq üzrə ölkə çempionları Gülhüseyn Abdullayev, Adil Axundov və “V1 Challenge Moldova 2013” çempionu Timur Muradov təmsil edirlər.

# 951
avatar

Oxşar yazılar

10 min metr məsafədə dünya rekordu qırıldı

10 min metr məsafədə dünya rekordu qırıldı

26 may 2024 , 04:26
“Neftçi” "Sabah"a uduzdu, DAVA DÜŞDÜ - VİDEO

“Neftçi” "Sabah"a uduzdu, DAVA DÜŞDÜ - VİDEO

25 may 2024 , 21:05
“Mançester Yunayted” FA Kubokunun qalibi oldu

“Mançester Yunayted” FA Kubokunun qalibi oldu

25 may 2024 , 20:36
"Bavariya" yeni baş məşqçisini seçdi

"Bavariya" yeni baş məşqçisini seçdi

25 may 2024 , 20:01
Messi yenə sürpriz etdi - təkcə futbolla yaşamadığını  təsdiqlədi

Messi yenə sürpriz etdi - təkcə futbolla yaşamadığını təsdiqlədi

25 may 2024 , 18:24
Xavi niyə "Barselona"dan qovuldu?  - SƏBƏBİ

Xavi niyə "Barselona"dan qovuldu? - SƏBƏBİ

25 may 2024 , 13:51
"Barselona"ya yeni baş məşqçi  gəldi

"Barselona"ya yeni baş məşqçi gəldi

25 may 2024 , 10:39
"Yuventus" Ronaldo ilə "DİRƏŞİR" : borcu ödəməyəcək

"Yuventus" Ronaldo ilə "DİRƏŞİR": borcu ödəməyəcək

25 may 2024 , 09:57