Bakı və Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhəri, Binəqədi rayonunnda isə ümumi sahəsi 320 m² olan ikimərtəbəli müxtəlif təyinatlı ictimai-iaşə obyektinin 2-ci mərtəbəsində yeləşən çay evinin döşəməsi 8 m² sahədə və 2 ədəd soyuducu yanıb. Çay evin qalan hissəsi və binanın 1-ci mərtəbəsi yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.