Bakı olimpiadasının tarixi açıqlandı
13 may 2013 19:28 (UTC +04:00)

Bakı olimpiadasının tarixi açıqlandı

 

 

 

2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının tarixi açıqlanıb. Lent.az-ın Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytına istinadən verdiyi məlumata görə, olimpiada sentyabrın 17-dən 30-dək davam edəcək.

 

Nüfuzlu yarış müddətində FİDE Konqresi işə başlayacaq. Konqresə sentyabrın 20-dən 30-dək müddət ayrılıb.

 

2015-ci il Dünya Kubokunun isə dəqiq tarixi hələ məlum deyil. 128 şahmatçının qatılacağı yarış üçün avqust – noyabr ayları müəyyənləşdirilib.

 

Qeyd edək ki, Dünya Kuboku “Baku Crystal Hall”da baş tutacaq.   

# 668
avatar

Oxşar yazılar