AFFA istəmədi, İsveçrə və Makedoniya hərəkətə keçdi
11 iyun 2013 18:11 (UTC +04:00)

AFFA istəmədi, İsveçrə və Makedoniya hərəkətə keçdi

İsveçrə və Makedoniya “Qalatasaray”la “Fənərbağça” arasında Türkiyə Superkuboku uğrunda matçı təşkil etməyə hazır olduqlarını bəyan edib. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edilib.

 

TFF dəvəti məmnuniyyətlə qarşılayıb və dəyərləndirəcəyini açıqlayıb. Avqustun 11-də nəzərdə tutulan matçın harada keçiriləcəyinə dair qərar yaxın günlərdə veriləcək.

 

Qeyd edək ki, TFF daha öncə Superkubok matçının Bakıda keçirilməsi istəyi ilə AFFA-ya müraciət etsə də, mənfi cavab alıb. Səbəb kimi oyuna hazırlıq üçün vaxtın məhdudluğu göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884
avatar

Oxşar yazılar