Bakı-2015:  Fəridə Əzizova gümüş medal qazandı
18 iyun 2015 22:41 (UTC +04:00)

Bakı-2015: Fəridə Əzizova gümüş medal qazandı

0

Apasport.az saytının məlumatına görə, taekvondoçumuz finalda Anastasiya Barişnikova (Rusiya)  5:6 hesabı ilə qalib qəlib.

 

Gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. İlkin mərhələyə təsadüf edən qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. O, görüşün startında hesabda geri düşsə də, inamlı döyüş sayəsində qarşılaşmanın ssenarisini dəyişə bilib. Nəticədə Avropa çempionuna 6:2 hesabı ilə qalib gələn Əzizova yarımfinala vəsiqə qazanıb.

 

O, finala gedən yolda isveçli Elin Yohanssonla üz-üzə gəlib. Əzizova bu qarşılaşmada da uğurlu seriyasını davam etdirib. Bu dəfə rəqibini 4:2 hesabı ilə məğlub edən Fəridə finala yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar