Azərbaycanlı Tümendən qızıl çıxardı
27 may 2013 12:45 (UTC +04:00)

Azərbaycanlı Tümendən qızıl çıxardı

Azərbaycanın cüdo üzrə milli komandası Rusiyanın Tümen şəhərində keçirilmiş “Masters” turnirində 1 qızıl, 1 bürünc medal qazanıb. Lent.az-ın məlumatına görə, yarışda iştirak edən 7 təmsilçimizdən yalnız Elxan Məmmədov və Elmar Qasımov mükafatçılar sırasına düşə bilib.

 

Hər iki idmançımız bu uğura 100 kq çəki dərəcəsində imza atıb. Məmmədov qızıl, Qasımov bürünc medala sahib olub. Əvəzində İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq) və Şahin Qəhrəmanov (90 kq) elə ilk görüşdəcə uduzublar.

 

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan yığması kişilərdən ibarət 25 komanda arasında 5-ci, ümumi sıralamada isə 41 ölkə arasında 7-ci olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874
avatar

Oxşar yazılar