Azərbaycanlı tələbələr Beynəlxalq Olimpiya Akademiyasında
19 iyun 2013 14:45 (UTC +04:00)

Azərbaycanlı tələbələr Beynəlxalq Olimpiya Akademiyasında

Azərbaycanlı tələbələr Beynəlxalq Olimpiya Akademiyasının Yunanıstanın paytaxtı Afinada təşkil etdiyi Gənc İştirakçıların 53-cü Sessiyasına dəvət olunublar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 11-də start götürən tədbir Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, nazirlik və Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlığa dair razılıq əsasında baş tutub.

 

Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4 tələbəsi və 1 müəllimi, o cümlədən, 1 məşqçi Afinaya ezam olunub. İyunun 25-dək davam edəcək sessiyada tələbələr “Olimpiya dəyərləri”, “Olimpizm və sülh”, “Olimpizm və humanizm dəyərləri”, “Olimpiya hərəkatının tarixi”, “Olimpiya təhsili” və digər mövzularda mühazirələr dinləyir, seminarlarda iştirak edirlər.

 

Tədbirin açılış mərasimindən sonra iştirakçı ölkələrin təqdimatı olub. Afinanın tarixi yerləri ilə qısa tanışlığın ardından iştirakçılar qədim Olimpiya kəndinə yola düşüblər. İngilis dilində təşkil edilmiş tədbirin əsas proqramı məhz Olimpiya kəndində həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar