Azərbaycanlı nazir müavini erməniyə rəqib oldu-SEÇKİ
09 aprel 2013 11:37 (UTC +04:00)

Azərbaycanlı nazir müavini erməniyə rəqib oldu-SEÇKİ

 

Mayın 20-də Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) Konqresi keçiriləcək. Lent.az-ın məlumatına görə, iki gün davam edəcək toplantıda növbəti 4 il müddətinə qurumun prezidenti, baş katibi, vitse-prezidentləri, İcraiyyə Komitəsinin və digər komitələrin üzvləri seçiləcək. 

Vitse-prezident və İcraiyyə Komitəsi üzvlüyünə namizədlər arasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da var. Vitse-prezidentliyə 5 yerə ümumilikdə 23 şəxs iddialıdır. İsmayılovun rəqiblərindən biri Ermənistan təmsilçisi Jurik Sarkisyandır. Digər namizədlər isə Türkiyə, Hindistan, Almaniya, Kamerun, Argentina, ABŞ, Avstraliya, Malayziya, İspaniya, Rusiya, İraq, İsveç, Çexiya, Bolqarıstan, Slovakiya, Peru, BƏƏ, Qazaxıstan, Rumıniya və Tailanddandır. Həmyerlimiz vitse-prezident seçilə bilməsə, İWF-nin sıravi üzvü ola bilər. Bunun üçün o, ümumilikdə 44 namizəd arasından “8-liy”ə girməyi bacarmalıdır.

Qeyd edək ki, İWF prezidenti postu uğrunda qurumun hazırkı başçısı Tamaş Ayandan əlavə, 5 namizəd də var. Baş katib vəzifəsi uğrunda 4, I vitse-prezidentliyə isə 11 namizəd var. 

# 1795
avatar

Oxşar yazılar