Azərbaycanlı gimnastla evlənən şeyx səfir oldu - <span style="color:red;">Bakıya gəlir
08 fevral 2017 16:19 (UTC +04:00)

Azərbaycanlı gimnastla evlənən şeyx səfir oldu - Bakıya gəlir

Bu il Azərbaycanda keçiriləcək ““Bakı 2017” İslam Həmrəyliyi Oyunları”nın səfiri bəlli olub.

 

 

Lent.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktum 4-cü İslam Həmrəylik Oyunlarının  və Grassroots proqramının fəxri səfiri seçilib.

 

 

Bu barədə şeyxin azərbaycanlı xanımı, tanınmış bədii gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı şəxsi “Facebook” səhifəsində yazıb.

 

 

Şeyx Səid Əl Məktum bu proqrama töhvə verəcəyi üçün məmnun olduğunu deyib: “Düşünürəm ki, bu proqram idmanın müsbət dəyərlərini təbliğ etməyə və gənc nəsli idmana həvəsləndirmək üçün bir şansdır. Və sözügedən tədbirlərin gənclərin gələcək fəaliyyətində vacib mərhələ olacağına inanıram”.

 

Qeyd edək ki, Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır. Zeynəb Cavadlının bu evlilikdən Sana bint Saeed Maktoum Al Maktoum adlı bir qız övladı da var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Fərizə Əhmədova

Oxşar yazılar