Azərbaycanlı futbolçunun Türkiyə macərası başa çatdı
03 aprel 2014 13:46 (UTC +04:00)

Azərbaycanlı futbolçunun Türkiyə macərası başa çatdı

Azərbaycan yığmasının sabiq futbolçusu Saşa Yunisoğlu Türkiyənin “Dənizlispor” klubundan kənarlaşdırılıb. Apasport.az saytının xəbərinə görə, bu barədə I dəstədə mübarizə aparan komandanın prezidenti Mehmet Özsoy məlumat verib.


“Saşa Yunisoğlu ilə müqaviləmiz qarşılıqlı şəkildə pozuldu. Bu futbolçunun komandamıza verdiyi xidmətə görə ona təşəkkür edir,  karyerasında uğurlar diləyirəm” – deyə klub rəhbəri bildirib.
 

Qeyd edək ki, Saşa Yunisoğlu mövsümün əvvəlində AZAL-dan ayrılaraq “Dənizlispor”a transfer olunmuşdu. Ondan əvvəl bu klubda digər azərbaycanlı futbolçular - Rail Məlikov və Arif İsayev çıxış edirdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Oxşar yazılar