“Bakı”nın sabiq futbolçusu Valeh Seyidov karyerasını Portuqaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu “Louletano” ilə müqavilə imzalayıb.
Yarım ildi düşərgəsində olduğu klubla anlaşan Seyidovun yeni komandası aşağı liqa təmsilçisidi. Həmyerlimiz bu klubla 1+1 illik müqaviləyə imza atıb.
“Louletano” Portuqaliya çempionatının gücünə görə 3-cü dəstəsi olan II divizionun B zonasında çıxış edir.