Azərbaycanlı baş hakim Bolqarıstan yığmasının qolunu saymadı
05 iyun 2013 13:02 (UTC +04:00)

Azərbaycanlı baş hakim Bolqarıstan yığmasının qolunu saymadı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Qazaxıstan və Bolqarıstan milli komandaları arasında keçirilmiş yoldaşlıq görüşünü idarə edib. Lent.az-ın məlumatına görə, Almatıdakı “Ortalık” stadionunda keçirilmiş qarşılaşmada 26 yaşlı baş hakimə həmyerlilərimiz Mehman Mahmudov və Vaqif Musayev yan xətt hakimləri qismində yardımçı olublar.

 

Almatıdakı “Ortalık” stadionunda baş tutan görüş Bolqarıstanın qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 55-ci dəqiqədə Georgi İliyev açıb. Bundan 5 dəqiqə sonra İvan İvanov qonaq komandanın ikinci qolunu vurub. 89-cu dəqiqədə isə Dmitri Şomko təsəlli qolunun müəllifi olub.

 

Qeyd edək ki, Əliyar Ağayev oyun ərzində cəmi 1 sarı vərəqə göstərib. Həmin vərəqəni də bolqarıstanlı futbolçu görüb. 16-cı dəqiqədə isə Ağayev Valeri Bojinovun qolunun ofsayddan vurulduğunu bildirərək, hesaba almayıb.

 Onun idarəçiliyi heç bir komandada narazılıq doğurmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970
avatar

Oxşar yazılar