Futbol üzrə Lüksemburq yığmasının iyunun 7-də Azərbaycan milli komandası ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçı üçün Bakıya gələcək heyəti açıqlanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Luk Holts 19 futbolçuya güvənəcək.
Qapıçılar: Jonatan Juber (“Dudelanj”), Mark Obervays (“Jeness”);
Müdafiəçilər: Ante Bukviç (“Differdanj”), Maksim Şano (“Beersxot”, Belçika), Erik Hoffmann (“Jeness”), Massimo Martino (“Dudelanj”), Tom Latertsa (“Fola”), Kris Filipps (“Mets”, Fransa);
Yarımmüdafiəçilər: Loran Yans (“Fola”), Lars Gerson (“Norçepinq”, İsveç), Mario Mutş (“Sankt-Qallen”, İsveçrə), Ben Payal (“Dudelanj”), Rene Peters (“Hamm-Benfika”);
Hücumçular: Daniel Da Mota (“Dudelanj”), Stefano Bensi (“Fola”), Moris Devil (“Elversberq”, Almaniya), Orelyen Yoahim (“Villem II”, Hollandiya), Antonio Luis (“Rasinq”), David Turpel (“Etsella”).
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Lüksemburq matçı saat 21:00-da başlanacaq.