Azərbaycanın tanınmış şahmatçısı Naxçıvanda qalib ola bilmədi
02 may 2013 14:40 (UTC +04:00)

Azərbaycanın tanınmış şahmatçısı Naxçıvanda qalib ola bilmədi

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open 2013” ənənəvi beynəlxalq şahmat festivalı başa çatıb. Lent.az-ın məlumatına görə, festivalda 16 ölkədən 250 şahmatçı iştirak edib.

 

Onlardan 30-u qrossmeyster, 13-ü beynəlxalq usta, 10-u FİDE ustası olub. “A” turnirində Rusiya şahmatçıları - İqor Kurnosov, Aleksandr Şimanov və tanınmış şahmatçımız Qədir Hüseynov 9 oyundan 6.5 xal toplayaraq 1 - 3-cü yerləri bölüşdürüblər. Lakin əlavə göstəricilərdə Kurnosov turnirin qalibi, Hüseynov 3-cü yerin sahibi olub. Onlardan 0.5 xal az toplayan Eltac Səfərli 6 xalla 4-cü pillədə qərarlaşıb.

 

“B” turnirində 9-cu turdan sonra xal ehtiyatları 7.5 olan 3 şahmatçıdan Fariz Əhmədov 1-ci, İran şahmatçısı Aryan Golami 2-ci, FİDE ustası Günay Məmmədzadə isə 3-cü olub.

 

C turnirinin (12 yaşadək uşaqların turniri) qalibi 9 oyundan 8 xal toplayan Murad İbrahimli olub. Bayram Qurbanov və Kənan Qarayev 7.5 xalla 2-3-cü yerləri bölüşdürüblər.

 

# 673
avatar

Oxşar yazılar