Azərbaycan daha bir qızıl medal qazandı: <span style="color:red;">medal sayı 8-ə çatdı
16 iyun 2015 19:29 (UTC +04:00)

Azərbaycan daha bir qızıl medal qazandı: medal sayı 8-ə çatdı

 

Azərbaycan I Avropa Oyunlarında daha bir qızıl medal qazanıb. Lent.az-ın apasport.az-a istinadən xəbərinə görə, 53 kq çəkidə ölkəmizi təmsil edən Anjela Doroqan finalda polşalı Roksana Zasina ilə münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz ilk hissəni 0:2 hesabı ilə uduzsa da, növbəti hissədə hesabı bərabərləşdirib və ardınca görüşü öndə bitirib – 3:2.

 
Bununla da Doroqan yığmamıza 8-ci qızıl medalı, ümumilikdə isə 18-ci mükafatı qazandırıb.

 

Doroqan yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 8:2. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib - 4:0. Anjela finala gedən yolda moldovalı Natalya Budunu xalçaya dəvət edib. Güləşçimiz bu dəfə də özünü yaxşı tərəfdən göstərib (7:2) və həlledici mərhələdə iştirak hüququ qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129
avatar

Oxşar yazılar