Azərbaycanın qadın atleti Avropa çempionu oldu
14 aprel 2015 01:10 (UTC +04:00)

Azərbaycanın qadın atleti Avropa çempionu oldu

Azərbaycanın ağırlıqqaldırma üzrə qadın atleti, “Neftçi” idman klubunun yetirməsi Boyanka Kostova Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib olub.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, B.Kostova aprelin 13-də 58 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulub. O, birdən ağırlıqqaldırmada əvvəlcə 100, sonra 105, daha sonra isə 109 kiloqramı başı üzərinə qaldırıb. Atletimiz bununla həm də iki yeni rekorda imza atıb. Belə ki, 105 kiloqramı başı üzərinə qaldırmaqla o, yeniyetmələr arasında, 109 kiloqramı qaldırmaqla isə böyüklər arasında Avropa üzrə yeni rekord müəyyən edib.

 

Atletimiz təkanla ağırlıqqaldırmada ilk cəhddə 125 kiloqramlıq nəticə ilə öz rekordunu təzələyib. O, 132 və 137 kiloqramı qaldırmaqla daha iki yeni rekorda imza atıb. B.Kostova həm birdən ağırlıqqaldırma, həm də təkanla ağırlıqqaldırmada birinci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ümumilikdə 246 kiloqramlıq nəticə göstərib.

 

Aprelin 14-də Azərbaycanın daha iki atleti 77 kiloqram çəki dərəcəsində Avropa çempionu adı uğrunda mübarizəyə qoşulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar