Azərbaycandan qayıdan Avropa çempionu:<b> “Donuz fermasında mühafizəçi işləyirdim”</b>
09 aprel 2014 13:57 (UTC +04:00)

Azərbaycandan qayıdan Avropa çempionu: “Donuz fermasında mühafizəçi işləyirdim”

İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş Avropa çempionatında qızıl medal qazanan bolqarıstanlı ağırlıqqaldıran İvaylo Filev (62 kq) maraqlı açıqlama verib. Lent.az-ın məlumatına görə, 28 yaşlı idmançı “Meridian Maç”a müsahibəsində vaxtilə Azərbaycan yığmasından sərfəli təklif aldığını bildirib.

Filev hətta millimizin bolqarıstanlı baş məşqçisi Zlatan Vanevin rəhbərliyi altında bir müddət hazırlıq keçdiyini də vurğulayıb. Amma yaxşı formada olmaması səbəbindən , onun keçidi alınmayıb və nəticədə Bolqarıstana qayıtmalı olub. Bu, 2007-ci ildə dünya çempionatının bürünc medalını qazanmasından sonra dopinq-testdə ilişdiyi üçün 4 ilədək diskvalifikasiyaya məruz qaldığı vaxt baş verib.

Amma Filev 2005-ci ildə hepatit A virusuna da yoluxub: “Heç kim yenidən idmana qayıdacağıma inanmırdı. Lakin qayıtdım və 2007-ci ildə dünya çempionatının bürünc medalını qazandım. Sonradan isə dopinq-testdə ilişdiyimdən, 4 ilədək bütün yarışlardan kənarda qaldım. Bu müddətdə 10 ayadək Sofiyada kuryer, 1,5 ilədək Bansko otelində çapar, 12 ayadək bələdiyyənin donuz fermasında mühafizəçi işlədim”.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1897
avatar

Oxşar yazılar