Azərbaycandan qaçan idmançı Avropa çempionatının finalında!
15 avqust 2014 12:58 (UTC +04:00)

Azərbaycandan qaçan idmançı Avropa çempionatının finalında!

Türkiyə millisinin azərbaycanlı legioneri Ramil Quliyev İsveçrənin Sürix şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, 24 yaşlı idmançı 200 metr məsafəyə qaçış növündə yarımfinal mərhələsini uğurla adlayıb. 

O, 7 rəqibi ilə mübarizədə finişə 20,38 saniyəyə 4-cü çatıb. Quliyev ilk "3-lüy"ə düşə bilməsə də, yarımfinal mərhələsində sonrakı yerləri tutan 2 sürətli atletdən biri kimi finala vəsiqə qazanıb. 

Qeyd edək ki, həlledici mərhələ bu gecə saat 00:49-da baş tutacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1955
avatar

Oxşar yazılar