Azərbaycan yığmasının legionerləri “Kəndimiz” mahnısını oynadı
17 aprel 2014 16:20 (UTC +04:00)

Azərbaycan yığmasının legionerləri “Kəndimiz” mahnısını oynadı

0

Son illər Azərbaycan idmanına xeyli sayda əcnəbi idmançı cəlb olunub. Onlardan bəziləri klublarımızın, bəziləri müxtəlif növlər üzrə yığma komandalarımızın heyətində çıxış edirlər. Amma legionerlərin ölkəmizin atributlarına, adət-ənənələrinə nə dərəcədə bağlı olmaları daim müzakirə mövzusu olub.

 

Azərbaycanın akademik avarçəkmə üzrə milli komandasının əslən bolqarıstanlı üzvü Aleksandr Aleksandrov yerli toylardan birində çəkdirdiyi videonu “Facebook” sosial şəbəkəsində paylaşıb. Lent.az-ın məlumatına görə, 23 yaşadək avarçəkənlər arasında dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının finalçısı toya həmyerlisi, 18 yaşadək avarçəkənlər arasında Avropa çempionu və 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Boris Yotovla birgə qatılıb.

 

Hər iki avarçəkən toyda Azərbaycan mahnısının sədaları altında rəqs edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1393

Oxşar yazılar