Azərbaycan yığması itki ilə üzləşdi
03 iyun 2013 11:20 (UTC +04:00)

Azərbaycan yığması itki ilə üzləşdi

İyunun 7-də Lüksemburq yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyə “Sivasspor”undan çağırılmış Cihan Özkara heyətdən çıxarılıb.

 

Səbəb 22 yaşlı hücumçunun zədəli olmasıdır.

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Lüksemburq matçı saat 21:00-da başlanacaq.

# 706
avatar

Oxşar yazılar