Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İspaniyada keçirilən “Spanish Open”ə qatılan idmançılarımız uğura imza atıblar. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komandamız turniri 4 medalla başa vurub.
Gənclər yığmamızın üzvü Səid Quliyev (73 kq) və qızlardan ibarət mullimizin üzvü Selin Pomak (44 kq) qızıl, Məhəmmədyasin İbrahimov (58 kq) və Ayxan Tağızadə (63 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, yığmamız turnirdə milli komandaların baş məşqçisi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanov, eləcə də qadınlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev və gənclərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında mübarizə aparıb.