İsveçrənin Lozanna şəhərində keçirilmiş parataekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandası 12 medal qazanıb. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş məşqçi Əvəz Tağıyevin rəhbərlik etdiyi yığmamız 2 qızıl, 6 gümüş, 4 bürünc medala sahib olub.
Qızıl medallara ötənilki dünya çempionatının qalibi Vüsal İsmayılov (+80 kq) və Röyalə Fətəliyeva (49 kq), gümüş medallara Namiq Abbasov (58 kq), Anar Hüseynov (68 kq), Cahangir Bayramov (+80 kq), Rövşən Qəhrəmanlı (58 kq), Əbülfəz Abuzərli (58 kq), Bahar Şıxəliyeva (49 kq), bürünc medalla isə Emin Nüsrətdinov (58 kq), Aleksandr Polişuk (80 kq), Rövşən Rzayev (80 kq), Vüqar Adışirinov (+80 kq) layiq görülüblər. Millimiz komanda hesabında Rusiyadan sonra ikinci yeri tutub.
Qeyd edək ki, əlil taekvondoçularımız medalları müxtəlif dərəcələr üzrə qazanıblar. Ona görə də eyni bir dərəcəsində eyni əyarlı medallara rast gəlinir.