Qılıncoynatma üzrə Azərbaycan yığma komandası Avropa çempionatında iştirak etmək üçün iyunun 14-də Xorvatiyanın paytaxtı Zaqrebə yola düşəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi altında səfərə 4 idmançı çıxacaq.
Bunlar Sevil Bünyatova, Sevinc Bünyatova, Sabina Mikina və Aidə Ələsgərovadır.
Qeyd edək ki, idmançılarımız iyunun 16-da şəxsi, 20-də isə komanda yarışlarında mübarizə aparacaqlar.