Azərbaycan Yay Universiadası üçün xarici ekspertlər cəlb edib
04 iyun 2013 15:55 (UTC +04:00)

Azərbaycan Yay Universiadası üçün xarici ekspertlər cəlb edib

İyulun 6-da Rusiyanın Kazan şəhərində start götürəcək XXVII Ümumdünya Yay Universiadasına Azərbaycan 130-dan çox nümayəndə ilə qatılacaq. Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, ölkəmiz 10 növdə 80-dək idmançı ilə təmsil olunacaq.

 

Güləş, ağırlıqqaldırma, şahmat və atletikada kişi və qadınlar, boks, idman gimnastikası, milli güləş, sambo və cüdoda kişilər, qılıncoynatmada isə yalnız qadınlar yer alacaq. Qalan nümayəndələr məşqçilər, hakimlər, həkimlər, nazir Azad Rəhimov başda olmaqla, Gənclər və İdman Nazirliyi rəsmiləri, olimpiya çempionumuz Lyudmila Şubina və jurnalistlərdir.

 

Nümayəndə heyətinə 4 xarici ekspert - Tomas Vallevayn, Filip Miçel, Maykl Marqold və Frank Hoff da salınıb. Bu da Bakının 2019-cu ildə keçiriləcək XXIX Yay Universiadasına namizədliyini irəli sürməsi ilə əlaqədardır. Kazan Universiadası zamanı ekspertlər Bakının namizədliyinin təbliği yönündə işlər aparacaq və yerli təcrübəni öyrənəcəklər.

 

Qeyd edək ki, XXVII Yay Universiadası iyulun 17-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707
avatar

Oxşar yazılar