Azərbaycanın taekvondo üzrə kişilərdən ibarət yığma komandası İranın paytaxtı Tehranda keçirilmiş “Fajr İnternational Open” turnirində 3 medal qazanıb. Lent.az-ın məlumatına görə, Radik İsayev (+80 kq) qızıl, Fariz Əliyev (68 kq) gümüş, Elvin Məmmədov (68 kq) isə bürünc medala sahib olub.
Qeyd edək ki, mübarizə olimpiya çəki dərəcələrində aparılıb.