
Azərbaycan qılıncoynadanı Avropa çempionu oldu - FOTOLENT
Sablya üzrə Azərbaycan millisinin üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanıb.
ONA-nın məlumatına görə, qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-ni qalib başa vuran Anna 1/16 finalda Polşa idmançısı Zuzanna Şesleri 15:6 hesabı ilə məğlub edib.
1/8 finalda ispan Elena Hernandez Munoza 15:8 hesabı ilə qalib gələn sablyaçımız 1/4 finalda Macarıstan təmsilçisi Kern Bianka ilə görüşü də hesabına yazıb - 15:3.
Təmsilçimiz yarımfinalda belaruslu Polina Kaspiaroviç üzərində 15:10 hesablı qələbə qazanıb. Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionu olub.
Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39