Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəylik Oyunları üzrə I Əlaqələndirmə Komissiyasının iclası, eləcə də gənclər və idman nazirlərinin II konfransı keçiriləcək. Lent.az-ın məlumatına görə, iclasda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi, İHİF-ın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digərləri iştirak edəcəklər.
Martın 16-da Əlaqələndirmə Komissiyasının iclası, ertəsi gün nazirlərin konfransı zamanı IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı növbəti hesabatın təqdimatı planlaşdırılır.
Qeyd edək ki, məlumatı MOK-un mətbuat xidməti yayıb.